Rusiyanın məşhur məşqçisi, hazırda "Amkar" klubunu çalışdıran və vaxtı ilə Mahaçqalanın "Anji" klubunda Kaxaber Sxadadzenin baş məşqçisi olmuş Hacı Hacıyev Bakı təmsilçisinin Türkiyədəki qərargahına baş çəkib.
Korner.az-ın "bankirlər"in saytına istinadən məlumatına görə, o, "bankirlər"in Antalyadakı təlim-məşq toplanışı çərçivəsində keçirilən məşqlərini izləyib, eyni zamanda baş məşqçi Sxadadze ilə görüşüb.
Qeyd edək ki, "İnter" Antalyanın Bələk bölgəsindəki "Kaya Palazzo Golf Resort" otelində məskunlaşıb.
