Hacı Əliyev yarımfinalda
17.09.2022 , 15:53

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.
Korner.az xəbər verir ki, bu gün üç sərbəst güləşçimiz döşəkçəyə çıxıb.
61 kq: İslam Bazarqanov 1/8 finalda İran idmançısı Reza Atrinaqaraçiyə 0:4 uduzub.
65 kq: 1/8 finalda Argentina idmançısı Aqustin Destribatsa 6:1 qalib gələn Hacı növbəti mərhələdə
özbəkistanlı Abbos Rahmanovu məğlub edərək yarımfinala adlayıb. O, finala çıxmaq üçün İranlı Rahman Amozadhalili ilə görüşəcək.
97 kq: Maqomedxan Maqomedov isə 1/8 finalda Almaniya idmançısı Erik Tileyə 11:4 məğlub edib. Onu ¼ finalda ABŞ güləşçisi Keli Snayderlə mübarizə gözləyir.
92 kq: Osman Nurmaqomedov Polşadan olan Radoslav Markinyeviçlə qarşılaşacaq
