Hacı Əliyev: “Nə qədər xal qazanacağını heç vaxt bilmirsən”
30.03.2022 , 13:52

Macarıstanın paytaxtı Budapeştdə Avropa 2-cisi olan Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev Dünya Güləş Birliyinin rəsmi saytına açıqlama verib.
Korner.az xəbər verir ki, Əliyev bunları deyib:
“Düşündüklərimin döşəkdə necə alındığını bilmirəm. Güləş belədir. Baş verənləri izah etmək çətindir. Nə qədər xal qazanacağını heç vaxt bilmirsən. Görüşə zehnən hazır idim. Daim qələbəyə köklənsən də, səni nələrin gözlədiyini bilmirsən”.
