Hacı Əliyev medalsız qaldı
10.08.2024 , 20:45

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Paris-2024 Olimpiya Oyunlarını medalsız başa vurub.
Korner.az xəbər verir ki, təmsilçimiz 1/4 finalda uduzduğu dünya və Avropa çempionu İsmail Muszukayev (Macarıstan) yarımfinalda İran idmançısına 0:10 hesabı ilə məğlub olub.
Bununla da, H.Əliyev təsəlliverici görüşlərə qatılmaq şansını itirib və turnirlə vidalaşıb.
