Haalandın son durumu açıqlandı
01.04.2025 , 16:36

“Mançester Siti”nin zədəli futbolçusu Erlinq Haalandın son durumu məlum olub.
Korner.az xəbər verir ki, ulduz oyunçu təxminən 5-7 həftə yaşıl meydanlardan kənar qalacaq.
Bu barədə komandanın baş məşqçisi Qvardiola klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, bu mövsüm “Mançester Siti”nin heyətində 40 matça çıxıb, 30 qol vurub və 4 məhsuldar ötürmə verib.
