Haalandı qabaqladı, Harri Keyni geridə qoydu
06.01.2025 , 14:56
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2024-cü ilin ən yaxşı bombardirini açıqlayıb.
Korner.az xəbər verir ki, bu, “Sportinq”in forvardı Viktor Dyökereşdir.
Forvard keçən il Portuqaliya klubunda və İsveç millisində ümumilikdə 62 qol vurub.
Norveçli ulduz oyunçu Erlinq Haaland 49 qolla 2-ci, “Bavariya”nın futbolçusu Harri Keyn isə 46 qolla 3-cü yeri tutub.