Haalanddan tarixi rekord!
17.11.2025 , 15:00
“Mançester Siti”nin hücumçusu Erling Haaland dünya çempionatının seçmə mərhələləri tarixində Avropa zonası üzrə ən çox qol vuran futbolçu rekordunu yeniləyib.
Korner.az xəbər verir ki, Norveç milli komandasının forvardı İtaliya ilə keçirilən qarşılaşmada (1:4) iki qol vuraraq ümumi göstəricisini 16-ya yüksəldib.
Beləliklə, Haaland Polşa millisinin üzvü Robert Levandovskinin DÇ-2018-in seçmə mərhələsində əldə etdiyi 16 qol nəticəsini arxada qoyub. Portuqaliyanın ulduz hücumçusu Kriştiano Ronaldo isə həmin turnirlərin seçmə oyunlarında 15 qolla yadda qalıb.
Dünya üzrə seçmə mərhələ rekordunun sahibi isə Asiya zonasında çıxış etmiş İran milli komandasının sabiq üzvü Kərim Bageridir. O, 1998-ci il dünya çempionatına seçmə matçlarda 19 qol vurub.