Haaland sıraya döndü
23.01.2024 , 19:10

“Mançester Siti”nin zədəli futbolçusu Erlinq Haaland sıraya dönüb.
Korner.az xəbər verir ki, norveçli hücumçu komanda ilə birlikdə məşqlərə başlayıb.
Bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
Haaland zədə səbəbindən ötən ayın əvvəlindən yaşıl meydanlardan kənarda qalıb.
