Haaland Premyer Liqada tarixə keçdi
04.05.2023 , 09:59

“Mançester Siti” İngiltərə Premyer Liqasının 28-ci turundan təxirə salınmış “Vest Hem”lə oyunda 3:0 hesabı ilə qalib gəlib .
Korner.az xəbər verir ki, görüş meydan sahiblərinin futbolçusu Erlinq Haaland üçün əlamətdar olub.
Qarşılaşmanın 70-ci dəqiqəsində fərqlənən Haaland 35 qolla bir mövsümün bombardiri olub.
Bununla da o, bir mövsümdə ən çox qol vuran futbolçu kimi İngiltərə Premyer Liqasının tarixinə keçib.
