Haaland: “Mbappe ilə qarşılaşmaq istəyirdim“
11.12.2025 , 15:49
“Mançester Siti”nin hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsində “Real Madrid” üzərindəki 2:1 hesablı qələbədən sonra fikirlərini bölüşüb.
Korner.az xəbər verir ki, norveçli forvard Madrid klubundakı zədəlilərlə bağlı vəziyyəti belə dəyərləndirib:
“‘Real’ın heyətində bir neçə ciddi itkinin olduğunu bilirdik. Bizdə də zədələr var idi, amma onlarda daha çox idi. Heç kim futbolçuların zədə almasını arzulamaz. Mbappenin meydana çıxacağını gözləyirdik. Onunla qarşılaşmaq istərdim. Belə səviyyəli oyunçular olmayanda, oyunun dadı bir az azalır. Çünki ən yaxşılarla mübarizə aparmaq insana əlavə motivasiya verir”.