Haaland İngiltərə klubundan gedir?
24.10.2024 , 16:14

“Mançester Siti”nin ulduz futbolçusu Erlinq Haalandın gələcəyi ilə bağlı yeni iddia ortaya atılıb.
Korner.az xəbər verir ki, son günlər Haalandın “Mançester Siti”dən ayrılacağı deyilsə də, norveçli futbolçu komandadan ayrılmağı planlaşdırmır.
Yayılan xəbərdə, Haaland və İngiltərə komandasının yeni müqavilə üçün danışıqlar apardığı və müqavilənin uzadılmasının sürpriz olmayacağı bildirilib.
Bazar dəyəri 200 milyon avro olan 24 yaşlı hücumçu bu mövsüm “Mançester Siti” ilə 12 matçda 13 qol vurub.
