Haaland ilin futbolçusu seçildi
12.05.2023 , 17:25
İngiltərə Futbol Jurnalistləri Assosiasiyası Premyer Liqa təmsilçisi “Mançester Siti”nin norveçli ulduzu Erlinq Haalandı 2023-cü ilin oyunçusu seçib.
Korner.az xəbər verir ki, 82 faiz səs toplayan 22 yaşlı Haaland namizədlər arasında “Arsenal”dan Bukayo Sakanı və Martin Odegaardı qabaqlayıb.
Haaland bu mövsüm 32 oyunda 35 qolun müəllifidir.