Haaland ən yaxşıdır
30.08.2023 , 10:00

“Mançester Siti”nin futbolçusu Erlinq Haaland Peşəkar Futbolçular Assosiasiyası tərəfindən 2022/23 mövsümü üçün Premyer Liqada ilin oyunçusu seçilib.
Korner.az xəbər verir ki, 23 yaşlı hücumçu səsvermədə Kevin de Bruyne, Harri Keyn, Martin Odiqaard, Bukayo Saka və Markus Reşfordu geridə qoyub.
Bukayo Saka isə ən yaxşı gənc oyunçu mükafatını alıb.
