big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Həlledici amil AFFA-nın baş katibinin qarşıma qoyduğu tapşırıq oldu” – MÜSAHİBƏ

13.09.2012 , 07:39

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Sissi Rayt FİFA-nın rəsmi saytına müsahibə verib. Korner.az-ın məlumatına görə, almaniyalı mütəxəssis ölkəmizdə keçiriləcək dünya çempionatı və qadın futbolu haqda danışıb.

– Azərbaycanda fəaliyyətə başlayanda orada durum necə idi?
– Əslində, orada işimə sıfırdan deyil, ondan da aşağıdan başladım. Çünki həmin vaxt qızların heç futbol haqda anlayışı belə yox idi.

– Qadınlar futboldan bu qədər uzaq idi?
– Ola bilər ki, televizorda bir neçə oyun izləmişdilər. Amma özləri heç vaxt oynamayıblar.

– Belə vəziyyətdə hansı addım atdınız?
– İlk işimiz Azərbaycanı gəzmək oldu ki, ölkənin müxtəlif yerlərində istedadlı qızlar axtarışına çıxdıq.

– Seleksiya işini necə aparırdınız?
– Bədən tərbiyəsi dərsi səviyyəsində futbolun oynanıldığı məktəblərdə olur, müəllimlərlə danışırdıq. Bu yolla futbol oynamaq istəyən qızları tapırdıq.

– Seçimdə nəyə üstünlük verirdiniz?
– Məşqlərə əsasən onların istedadı olub-olmamağını üzə çıxarırdıq. Azca istedad və fiziki göstəricilərin olması kifayət edirdi ki, komandaya cəlb edək.

– Bu yolla futbolçu yığa bildiniz?
– İlk mərhələdə 50 futbolçu seçdik. Sonra isə onlardan 34-ü hazırlıqlara qatıldı.

– Niyə belə az?
– Bu iş sizə asan gəlməsin. Çünki Azərbaycan mentalitetində qadın futbolu yoxdur. Özü də ümumiyyətlə futbol bu ölkədə 2-ci dərəcəlidir. Orada şahmat yaxşı oynayırlar, fərdi idman növlərində – güləş, taekvondoda uğur qazanırlar. Komanda idman növlərində isə xüsusilə, topla oyunlarda bu, az-az olur. 2 il əvvəl qadın futbolunda heç nə yox idi.

– Belə vəziyyətdə niyə Azərbaycana getdiniz?
– Həlledici amil AFFA-nın baş katibinin qarşıma qoyduğu tapşırıq oldu. O, Münhendə qonağımız olanda mənə elə şeylər dedi ki, lap dəli oldum. O bildirdi ki, futbol çempionatı olmayan ölkədə DÇ-yə qatılacaq yığma yaratmaq vəzifəsinin öhdəsindən gəlməliyəm. Bu təklif mənə çox maraqlı gəldi.

– Qarşıdakı dünya çempionatında yeni yaranan komandanız üçün çətin olmayacaq ki?
– Biz dünyanın ən güclü 15 komandası ilə oynayacağıq. Belə olan halda, uğursuzluq da mümkündür. Azərbaycan qadın futbol tarixinə bələd olanlar bilir ki, bu bizim üçün yaxşı təcrübə olacaq. Kolumbiya ilə debüt oyununda uğur qazanmağa çalışacağıq. Bunun üçün azarkeşlərin dəstəyi də lazımdır. Kanada və Nigeriya ilə qrup oyunlarımız da çətin olacaq. Onlar fiziki cəhətdən bizi üstələyirlər. Bizə balaca möcüzə lazımdır ki, uğur qazanaq. Futbolda isə belə şeylər olur.

– Qarşıdakı mundiala Azərbaycanda necə münasibət var?
– Ölkədə əsl futbol bayramı olacaq. Azərbaycanda heç vaxt futbol üzrə dünya və Avropa çempionatının final mərhələsi keçirilməyib. Bakıda bundan məmnundurlar. Mən isə hiss edirəm ki, start yaxınlaşdıqca həyəcanım artır.

Son yazılar

To Top