big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Hələ mənə məşqçi demək olmaz” – (MÜSAHİBƏ)

15.02.2013 , 10:34

"Kəpəz"in keçmiş kapitanı Azər Məmmədov Gəncə klubunun saytına müsahibə verib. Korner.azın məlumatına görə, bölgə klubunun əvəzedici heyətində məşqçi kimi çalışan Məmmədov futbolçu karyerasından, hazırki işindən və gələcək məqsədlərindən bəhs edib.
  
Əvvəlcə karyeranızı bitirməyiniz barədə fikriləriniz öyrənək.
– Açığı bu haqda qərar vermək çətin oldu. 20 il futbol oynamışam. Bu az vaxt deyil. Birdən-birə sevimli peşəmdən uzaqlaşmaq təbii ki, ağır idi. Amma bir gün gəldiyin kimi bir gün də getməlisən. Tərif kimi çıxmasın, Azərbaycan futbolu üçün normal oyunçu olmuşam. Çıxış etdiyim komandalarla uğurlar qazanmışam. Millinin bütün yaş qrupları üzrə komandalarda oynamışam. Ölkəmizdə Çempionlar Liqasında mərhələ adlayan ilk futbolçulardan biriyəm.
  
– "Kəpəz"ə gənc yaşlarında düşməyinizi elə uğur kimi qiymətləndirmək olar…
– Əlbəttə ki, bunun özü də qürurvericidi. 16 yaşım olanda seçim oyunlarından sonra "Kəpəz"ə düşdüm. 40 futbolçunun arasından məndən əlavə 3 gənc seçildi. O, vaxt komandaya düşmək indikindən çox çətin idi. Çünki ciddi rəqabət vardı.
  
– İlk oyunlarınız haqda danışmağınızı istərdik…
– 1992-ci ildə "Kəpəz"in heyətində çox güclü futbolçular vardı. Mehman və Füzuli Allahverdiyevlər, Cavid Əhmədov, Tofiq Məmmədov, Əfqan Talıbov, Əli Rəhimov eləcə də digər tanınmışlarla bir komandada idim. Həmin vaxtlar gənclərdən Mahmud Qurbanov, Fazil Pərvərov, Ceyhun Tanrıverdiyev də klubda çıxış edirdi. İlk mövsümdə iki oyun oynadım. Biri Qazaxın "Göyəzən" digəri isə Akstafanın "Avey" komandalarına qarşı olub. Qazaxlılarla görüşdə 4 dəqiqə meydanda oldum. İki dəfə ayağıma top dəydi. Hər ikisində də Ceyhun ötürmə etdi. Sevincimin həddi-hüdudu yox idi. "Avey"ə qarşı matçda isə 40 dəqiqə meydanda oldum.
  
– "Kəpəz"də 4 nömrəli formanı həmişə güclü müdafiəçilər geyinib…
– Elədir. Mən bu formanı Tofiq Məmmədovdan almışdım. Ancaq Tofiq ola bilməzdim. O, çox güclü müdafiəçi olub. Yəqin ki, ənənə davam edər.
  
– Əvəzedici heyətdəki işiniz ürəyincədir?
– İşimi bəyənirəm və seçimi özüm etmişəm. Birdən-birə hansısa komandada baş məşqçi işləmək təklif olunsa belə qəbul etməzdim. Çünki mən hələ təzə başlamışam, bir ayın məşqçisiyəm. Hələ mənə məşqçi də demək olmaz (gülür). İşlədikcə öyrənəcəyəm. Amma indi əvəzedicilərə nəsə öyrətmək, yol göstərmək bacarığına malikəm.
  
– Yəqin ki, məşqçilik kurslarına yazılmaq fikriniz var?
– Keçmiş komanda yoldaşım Aslan Kərimovla dostluq əlaqələrim var. O, mənə B kateqoriyalı məşqçilik kurslarına yazılmağı təkil elədi. Bilirsiniz ki, əsas yığmada oynamış futbolçular C kateqoriyasından yox, birbaşa yuxarı mərhələdən başlaya bilərlər. Amma mən Aslanla razılaşmadım. Bildirdim ki, mən bütün kateqoriyaları oxuyub, mərhələli şəkildə biliyə yiyələnməliyəm. Çünki əlifbanı oxumadan, hərfləri tanımaq olmaz.

Son yazılar

To Top