"Barselona"nın xərçəng xəstəliyindən qurtulmaq üçün futboldan uzaqlaşmalı olan müdafiəçisi Erik Abidalın həkimi Xuan Karlos Qarsiya pasiyentinin bərpa dövrünün necə keçməsindən danışıb.
Korner.az xarici mətbuata istinadən xəbər verir ki, o, Erikin bu cür əməliyyatlardan sonra 1 il bərpa dövrü keçməli olduğunu deyib: "Ancaq Erik idmançıdı, o, çox güclü insandı. Məncə, altı ay sağlamlığının qeydinə qalsa, yenidən futbola qayıtmaq şansı qazanacaq".