İspaniyanın
“Barselona” klubunun braziliyalı futbolçusu Neymar dünən PSJ-yə qarşı keçirilmiş
oyunla bağlı açıqlamalar verib.
Korner.az-ın
məlumatınna görə, bu haqda “Sport.es” xəbər yayıb.
Ulduz
futbolçu: ““Bu həmişə oynadığımız oyunlara bənzəmirdi. PSG oyun sistemimizi
dağıda biləcək gücdə klubdur. Onlar meydanın mərkəzində möhtəşəm oynadılar və
istəklərinə çatdılar. İndi biz növbəti oyun haqda düşünməliyik. Səhvlərimizi təhlil
edəcəyik və cavab oyununda olanları dəyişmək üçün əlimizdən gələni edəcəyik.
Bunu etmək çox çətin olacaq, hətta deyərdim ki, mümkün deyil. Belə oyunlara
hazırlaşmaq da çətindir. Dörd qol geridəyik. Həyatım boyu heç vaxt belə pis və
çıxılmaz vəziyyətdə olmamışdım. İkinci oyunda ən yaxşı Neymar`ı görməyiniz üçün
çalışacam. Mərhələni keçmək üçün komandama var gücümlə kömək edəcəm”.
Xatırladaq
ki, dünən Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən PSJ – “Barselona”
matçında meydan sahibləri 4-0 hesabı ilə qazanmışdı.
