“Hər xırda səhvdən sonra cəzalanırdıq” – Rüfət Dadaşov
24.12.2018 , 14:41

Almaniyanın “Proyssen” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Rüfət Dadaşov III Liqasnın son turunda “Fortuna”ya 0:2 hesablı məğlubiyyətdən sonra fikirlərini bildirib. Mövsümün ilk yarısı haqda danışan forvard komandanın çıxışının müsbət olmadığını deyib:
“İlk mərhələni geridə qoyduq. Bir neçə məğlubiyyətimiz oldu. Bu səbəbdən çıxışı yüksək qiymətləndirə bilmərəm. Bir qədər bəxtimiz də gətirmədi. Çünki hər xırda səhvdən sonra cəzalanırdıq. Bayram ab-havasında deyiləm. Qış fasiləsinə məğlub kimi yollanırıq. Artıq oyanmaq vaxtıdı”.
