big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

” Hər üç futbolçu komandaya xeyir verəcək” – (MÜSAHİBƏ)

13.06.2013 , 05:39

Xəbər verdiyimiz kimi “Sumqayıt”ın baş məşqçi postunda dəyişiklik baş verib. Fanat.az xəbər verir ki, Bernard Raabı əvəzləyən Aqil Məmmədov klubun rəsmi saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

– İlk öncə, sizi “Sumqayıt”ın baş məşqçisi təyin olunduğunuz üçün təbrik edirik…

– Çox sağolun.

– Müqavilənin müddəti nə qədər nəzərdə tutulub?

– Bir illik.

– Karyeranızı bitirdikdən sonra ilk dəfə baş məşqçi kimi çalışacaqsız. Bu məsuliyyətli yükün altına girdiyinizə görə çəkinmirsizmi?

– İlk növbədə “Sumqayıt” Futbol Klubunun rəhbərliyinə mənə bu vəzifəni təklif etdiklərinə görə təşəkkür edirəm. Futbolçu karyeram ərzində Azərbaycanın ən güclü məşqçiləri ilə çalışmışam. Karyeramı bitirdikdən sonra isə “Sumqayıt”-da əvvəlcə əvəzedici komandada Vaqif Paşayevin köməkçisi, daha sonra əsas komandada Bernhard Raabın rəhbərliyi altında işləmişəm. Həm futbolçu olduğum dönəmdə, həm də son dövrlərdə almaniyalı mütəxəssislə işlədiyim zaman ondan çox şeylər öyrənmişəm. Mənə bəslənən ümidləri doğrultmağa çalışacağam. Çətinlikdən qorxmuram.

 Hazırda səninlə çiyin-çiyinə oynayan futbolçulara indi məşqçi kimi göstəriş və tapşırıqlarını verəcəksən. Bunu etmək sənin üçün çətin olmayacaqmı?

– “Sumqayıt” Futbol Klubu bir ailədi. Olduqca mehriban kollektivimiz var. İki mövsüm ərzində bu ailədə bir dəfə də olsun xoşagəlməz hadisə ilə qarşılaşmamışam. Xeyr, çətinlik çəkəcəyimi heç düşünmürəm.

– Baş məşqçi olaraq klubda daha hansı işləri görəcəksiz?

– Bildiyiniz kimi, Sumqayıtda futbolun inkişafı üçün bazanın inşası yekunlaşmaq üzrədi. Sumqayıt İdman Mərkəzinin sayəsində bu şəhərdən böyük futbolçular çıxacaq. Fürsətdən istifadə edib, bu bazanın tikilməsində əməyi keçən hər kəsə təşəkkür edirəm. Klubun öz strategiyası var. Biz klub olaraq, daha çox gənclərə üstünlük veririk və milli komandalar üçün futbolçular yetişdiririk. Baş məşqçi təyin olunsam da, əvvəlki kimi uşaq komandalarında seleksiya işlərinə nəzarət edəcəm.

– Köməkçiləriniz kimlər olacaq?

– Yaxın günlərdə bu haqda məlumat verəcəyik.

– Artıq “Sumqayıt” üç futbolçu – Anar Nəzirov, Vüqar Əsgərov və Vurğun Hüseynovla müqavilə imzalayıb…

– Komandada transferlər texniki heyətin təşəbbüsü ilə icra olunur. Əlbəttə, hər üç futbolçunun transferi zamanı geniş fikir mübadiləsi aparılıb. Hər üç futbolçu komandaya xeyir verəcək. Qeyd edim ki, transferlərimiz bununla bitməyəcək. Yaxın günlərdə həm təcrübəli futbolçuları, həmdə gələcək vəd edən gəncləri heyətə cəlb edəcəyik.

– Növbəti mövsüm üçün iş planınız varmı?

– Qərar anidən verildiyi üçün hazırlıq görə bilməmişəm. Amma yaxın günlərdə iş planımı hazırlayacam. Qaldı ki, komandada qalacaq və kollektivi tərk edəcək futbolçuların məsələsinə, yaxın günlərdə hər şey məlum olacaq.

– Sonda “Sumqayıt” azarkeşlərinə nə demək istərdiniz…

– Sumqayıt azarkeşləri hər zaman özlərindən sözün əsl mənasında söz etdirməyi bacarıb. Sevincli və ağır günlərimizdə daim yanımızda olan fanatlarımıza təşəkkür edirəm. Bizim komanda olaraq dəstəyə ehtiyacımız böyükdü.

Son yazılar

To Top