“Hər son yeni bir başlanğıcdı” – Deviç
28.04.2020 , 15:53

“Sabah”dan ayrılan Marko Deviç karyerasını bitirməklə bağlı verdiyi qərarı şərh edib.
Korner.az xəbər verir ki, o, bununla bağlı “İnstaqram” hesabında yazıb:
Ən sevdiyim işi görmək şansım olduğu üçün xoşbəxtəm və qürur duyuram. Ailəmə, valideynlərimə, bütün dostlarıma bu müddət ərzində mənə olan sevgi və dəstəklərinə görə təşəkkür edirəm. Rəhbərlərə, məşqçilərə, komanda yoldaşlarıma və Ukrayna millisinə və mənlə əməkdaşlıq edən hər kəsə təşşəkürümü bilmək istəyirəm. Hər son yeni bir başlanğıcdı”.
Serbiya əsilli ukraynalı futbolçu daha əvvəl 2018/2019 mövsümündə “Sabah”da çıxış edib.
