“Fansaya getməyə hazırlaşıram. Avropa çempionatını izləməliyəm”.
Korner.az-ın məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki Serbiya mətbuatına açıqlamasında deyib.
Çalışdırıcı “DÇ-2018”in seçmə mərhələsində rəqiblərimiz olan Almaniya, Çexiya və Şimali İrlandiyanın oyunlarına xüsusi diqqət etməli olduğunu vurğulayıb:
“Rəqiblərimizin oyununu izləmək vacibdir. Məncə, hər şey yaxşı olacaq. Fransada təhlükəsizliyin təmin olunmasında problem yaşanacağını düşünmürəm.
