“Hər şey düşündüyümüz kimi oldu” – Qurban Qurbanov
21.11.2020 , 20:34

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premeyr Liqanın X turunda “Sumqayıt”la oyun barədə fikirlərini bildirib.
Korner.az xəbər verir ki, mütəxəssis 6:1 hesablı qələbəni belə şərh edib:
“Vacib oyun idi, liderə qarşı oynayırdıq. Ancaq qələbə bizi 1-ci edə bilərdi. Hər şey düşündüyümüz kimi oldu, maraqlı oyun alındı. Ayxan Abbasova uğurlar arzu edirəm. Qarşıdakı oyunlara hazırlaşacağıq”.
