“Arsenal”ın təcrübəli qapıçısı Petr Çex Premyer Liqanın 12-ci turunda baş tutacaq London derbisi barədə danışıb. Çexiyalı qolkiper “Sky sports”a açıqlamasında bnları deyib:
“Düşünümrəm ki, “Tottenhem” Şimali Londonun əsas komandasına çevrilib. Hər şey dəyişə bilər. “Arsenal”ın hədəfi çempionluq tituludur. Diqqətimizi sadəcə “Tottenham”in üzərində cəmləmirik. İki mövsüm öncə turnir cədvəlində onları qabaqlayanda titul qazanmadığımız üçün məyus olmuşduq. Heç kim “Arsenal”ın həmşəhərlilərindən öndə olmasına diqqət yetirmirdi. Bizim hədəfimiz dəyişməzdir.
