big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Hər oyuna Qarabağa döyüşə gedirmiş kimi çıxın!

24.08.2017 , 07:09

“Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanova AÇIQ MƏKTUB

Hörmətli Qurban Qurbanov!
 
Futbolla heç vaxt maraqlanmamışam. Demək olar ki, futbol oyunlarının heç birinə baxmıram. Amma dünən fərqli idi. Çünki “Qarabağ” oynayırdı. Və mən bu oyuna mütləq baxmalı idim. Oyun başlamamışdan əvvəl futbola hədsiz marağı olan 10 yaşlı kiçik dostum Səfərdən soruşdum ki, bəs “Qarabağ” udsa və yaxud uduzsa necə olacaq? O da  hamının bildiyini mənə izah elədi. Açıq deyim ki,  heç bir futbol komandasının qələbəsi məni belə sevindirə biməzdi. Amma bu komandanın adı yaralı yerimizdir axı. “Qarabağ”ın qələbəsi sayəsində böyük qələbənin işartılarını görür, Qarabağın da qələbəsinə inanırıq. Deməli, “Qarabağ” komandasının qalib gəlməsinə adi futbol qələbəsi kimi baxmamalıyıq.
  
Mənə elə gəlirdi ki, “Qarabağ” növbəti mərhələyə adlaya bilməsə ölkəmizin düşmənləri bizim  Qarabağ məsələsində “uduzduğumuzu” fikirləşəcəklər. Ancaq komandamız buna imkan vermədi. Qurban Qurbanovun yetirmələri bütün dünyaya göstərdilər ki, əgər Qarabağ adı varsa Azərbaycanın uduzmağından söhbət  gedə bilməz.
  
Komandamız UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcək. Qarabağın adının belə çəkilməsini istəməyən, sanki unudulmasında maraqlı olan qüvvələr hirslərini boğub məcbur “Qarabağ” komandasının oyununa baxacaqlar. Komandamızın oyunlarını ekrandan və stadiondan seyr edənlər bu əzəli Azərbaycan torpağı haqqında da məlumatlı olacaqlar. Mənim üçün “Qarabağ” komandasının qələbəsinin ən önəmli tərəfi məhz budur. Ona görə də bir Azərbaycan vətəndaşı kimi sizə və bütün komanda üzvlərinizə öz təşəkkürümü bildirirəm.
   
Siz çox böyük bir missiyanı yerinə yetirirsiniz. Həm Azərbaycanı tanıdırsınız, onun  gücünü, qüdrətini, yenilməzliyini bütün dünyaya göstərirsiniz, həm də qalib gəlməklə Qarabağın qələbəsinə olan inam işığını daha da gücləndirirsiniz. Sizdən dönə-dönə xahiş edirəm: o işığın zəifləməsinə imkan verməyin. Hər oyuna Qarabağa döyüşə gedirmiş kimi çıxın.
  
Qalib gəlin ki, Qarabağ zəfərinə bir az da yaxınlaşaq.

Hörmətlə, Tural Səfərov

moderator.az

Son yazılar

To Top