"Atletik"in (Bilbao) futbolçusu Xavi Martinez "Real" (Madrid) ilə oynadıqları matçdan sonra rəqibi Kriştiano Ronaldonun anasına söyüb.
Korner.az-ın məlumatına görə, bu barədə mətbuata açıqlama verən futbolçu: "Matçdan sonra hər zaman ola biləcək şeylər oldu. Əsəbləşərək Ronaldonun anasını söymüş ola bilərəm. Ancaq hər oyuna mənim də anamı söyürlər heç nə olmur. Bu söhbətin üzərində çox durmaq lazım deyil. Gələn mövsüm Ronaldodan üzr istəyəcəm." – deyə bildirib.