Ölkə Kuboku

“Hər kəs özünü məşqdə göstərməlidir” – Jelko Sopiç

19.12.2019 , 20:57

Azərbaycan kubokunun 1/4 final mərhələsində “Qəbələ”yə məğlub olan “Sabah”ın baş məşqçisi Jelko Sopiçin matçdan sonra mətbuat konfransı keçirilib.

Korner.az xəbər verir ki, mütəxəssis 2:3 hesabıyla bitən görüşü şərh edib:

– Rəqibi mərhələ keçdiyi üçün təbrik edirəm. Bu gün bizdən daha yaxşı çıxış etdilər. Mən oyunçularıma pis heç nə deyə bilmərəm. Onlar hər şeyi etdilər. Biz oyunu Qəbələdə uduzmuşduq. İlk hissədə 2 dəfə gəldilər və qol vurdular. Oyunçularıma bu gün meydanda verdiyi hər şey üçün təbrik edirəm.

– Hendrik Ekşteynin “Sabah”dakı gələcəyi qalıbmı, yoxsa bu gün bitdi?

– Ekşteyn və ya digər futbolçularla problemim yoxdur. Bura gəlməzdən əvvəl və sonra gördüklərimi prezidentlə menecerə danışmışam. Hər kəs özünü məşqdə göstərməlidir. Qışdan sonra necə olacağını görəcəyik.

Son yazılar

Yuxarı