“Hər kəsə bu oyuna bir daha baxmağı məsləhət görürəm” – Roberto Bordin
01.12.2018 , 18:53

Topaz Premyer Liqasında XIII turun “Sabah” – “Neftçi” (1:2) oyunundan sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin jurnalistlərin suallarını cavablandırdı.
O, əvvəlcə matç haqda fikirlərini bildirdi…
– Futbolçularımın hər birini təbrik etmək istəyirəm. Son ana qədər mübarizə apardılar. İki dəfə azlıqda qaldıq. Çalışdılar düzgün reaksiya versinlər. Komandamın oyunundan çox razıyam.
– Hakimlikdən necə?
– Səhv etmirəmsə, 11 sarı vərəqə oldu. Bunlardan 3-ü qırmızı vərəqə oldu. Hər kəsə bu oyuna bir daha baxmağı məsləhət görürəm. Mənimçün vacib olan komandamın oyunudu, ondan da çox razıyam.
– Dabo qırmızı vərəqə aldıqdan sonra meydandan çıxmaq istəmirdi, sonra hakimlərə əl çaldı. Buna münasibətiniz necədi?
– Düşünürəm ki, Dabo azarkeşləri alqışlayırdı.
– Karikari bura ehtiyatda ourub pul qazanmağa gəlib, yoxsa futbol oynamağa?
– Bu sualı cavablandırmaq istəmirəm. Taktiki sual varsa, buyurun.
