"Çətin oyun oldu. Hər iki komanda sona qədər əzmkarlıqla mübarizə apardı".
Korner.az-ın məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Təbriz Həsənov deyib. Həsənov "FA of Moldova Cup" turnirində Moldova ilə heç-heçə bitən oyunu belə şərh edib:
"Yaratdığımız təhlükəli epizodlarda fərqlənməyimizə rəqib imkan vermədi. Turnirin son oyununda – Bolqarıstan yığması ilə qarşılaşmada qələbə qazanmağa çalışacağıq".
