“Hər iki komanda mükəmməl oyun göstərdi”
28.07.2022 , 23:34

“İlk oncə futbolçularımı təbrik etmək istəyirəm. Hər iki komanda mükəmməl oyun göstərdi. Çox sevinirəm ki, komandam 3 qol vuraraq mərhələ adladı”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Laurensio Regekampf “Aris” üzərində qələbəni şərh edərkən deyib.
Təcrübəli çalışdırıcı daha sonra sözlərinə belə davam edib:
“Bu gün bu qələbəni bayram edəcəyik. Ancaq sabahdan növbəti oyunumuzun hazırlığına başlayacağıq. Azarkeşlərimiz bu gün möhtəşəm idilər. Mənim üçün onlar meydanda 12-ci oyunçu idilər. Onları səmimi qəlbdən təbrik edirəm”.
