“Oyun haqda deyə bilərik ki, normal oynadıq. Futbolçularımdan razıyam. Verdiyim tapşrığın öhtəsindən gəldilər. Qol epizodları yaratdq. Yenə də oyunun sonuna yaxın qol buraxdıq. Bunu da diqqətsizlik adlandırmaq olar. Növbəti oyunlara baxmalıyıq”.
Korner.az-ın məlumatına görə, bu sözləri “İnter”in baş məqşçsi Zaur Svanadze “Qəbələ” ilə matçdan sonra deyib – 1:1.
Oyundan sonra mətuat konfransında iştirak edən mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
– “Qəbələ”nin baş məşqçisinin sözlərinə görə belə meydanda futbol oynamaq olmaz. Sizcə də belədi?
– Stadionda nə var idi ki? Qar var idi? Qazonun vəziyyətinə gəlincə, ola bilər ilk vaxtka indiki vaxt arasında fərq var. Növbəti mpvsüm süni ot örtüyü təbii ilə əvəz oluna bilər. Amma hər iki komanda eyni şəraitdə oynadı.
