“Finala hazırıq. Bura gəlmək üçün çox çalışdıq. La Liqanı qazandıq. Hazırda ən yaxşı formadayıq”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının finalında “Yuventus”la oyun öncəsi deyib.
O, görüşün favoriti olmadıqlarını bildirib: “Hər finalda favorit sayılırıq. Amma əslində belə deyil. Heç bir komandanı favorit görmürəm. Şanslar bərabərdir”.
Fransalı mütəxəssis Turin təmsilçisinin yaxşı müdafiə olunduğunu vurğulayıb: “Ancaq onların tək üstünlüyü bu deyil. Hücumda da yaxşı təsir bağışlayırlar və komanda oyunu nümayiş edirirlər”.
