big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Hər bir nəticəyə, gedişata hazır olmaq lazımdır“

17.07.2024 , 18:23

“Qarşılaşmadan əvvəl danışmaq həmişə çətin olur. Buna görə də matçdan əvvəl danışmağı sevmirəm. Onu deyə bilərəm ki, qarşımızdakı rəqibin gücünü başa düşürük”.

Korner.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov sabah UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab görüşü çərçivəsində “Şerif”ə qarşı keçiriləcək oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, rəqibin Bakıya fərqli motivasiya ilə gəldiyini söyləyib: “Şerif” ilk oyundakı nəticəni öz xeyrinə dəyişməyə çalışacaq. Oyuna yaxşı hazırlaşmışıq. Komandanın hazırlıq səviyyəsi məni qane edir. Oyunçular sabah bacarıqlarını meydanda göstərməlidirlər”.

R.Sadıqov sabahkı matçın Tiraspoldakı görüşdən daha gərgin keçəcəyini bildirib: “Bu, ilk oyunun nəticəsi ilə əlaqəli deyil. Hər bir halda avrokuboklarda ikinci matçlar daha gərgin keçir. İstəyirik ki, sabah gözlədiyimizdən daha rahat oyun olsun. Amma hər şeyə hazır olmalıyıq. İnşallah, sabah mərhələni keçən tərəf biz olarıq”.

Baş məşqçi penaltilər seriyasına hazırlaşmağı xoşlamadığını qeyd edib: “Hətta Azərbaycan kubokunda belə ehtimal olanda belə, penaltilərə hazırlaşmamışıq. Təbii ki, hər bir nəticəyə, gedişata hazır olmaq lazımdır. Müasir futbolda, avrokuboklarda ev-səfər oyunları arasında fərq yoxdur. İstərdik ki, cütün taleyi 90 dəqiqədə bizim xeyrimizə həll olunsun”.

O, “Zirə” meydana turu keçmək, yoxsa qalib gəlmək üçün çıxacaq?” sualını belə cavablandırıb: “İkisi də eyni nəticədir. Oyun planı ilə suallardan məcburiyyətdən yayınacam. Çünki indi ən çox iş məşqçilərin boynuna düşür”.

“Zirə”nin çalışdırıcısı ilk oyundan sonra üstünlükləri olduğunu deyib: “Bu, hər iki komandaya psixoloji olaraq təsir edəcək. Başa düşürük ki, rəqib istəkli olacaq. Çünki bir həftə vaxtları olub ki, mərhələni keçmək üçün nə etməkləri barədə düşünsünlər. “Şerif” təcrübəli komandadır. Nəticəni öz xeyirlərinə dəyişməyə çalışacaqlar. Bizim də öz düşüncələrimiz, planlarımız var”.

Sadıqov komandasının ilk matçda dişsiz görünməsi barədə fikrə belə münasibət bildirib: “Bir neçə təhlükəli hücumlarımız var idi. Qapıya bir zərbə endirdik, o da qolla nəticələndi. Birinci hissədə Ceyhun Nuriyevin epizodu var idi. O, həmin epizodda topu yaxşı ram etsəydi, şansımız yaranacaqdı. Ümumi götürdükdə, bəli, son ötürmələrdə daha dəqiq olmalıydıq. Unutmayaq ki, rəqibə də yüzfaizli epizod vermədik. Onlar daha çox uzaqdan zərbələr endirirdilər. Qarşımızda qol buraxmaq istəməyən rəqib var. Çempionat oyunlarında elədir ki, 7-ci turda səhv buraxsan, 10-cu turda düzəldirsən. Avrokuboklarda bir səhv həlledici olur. Hamı ehtiyatlı oynayır. Çalışacağıq ki, sabah hücumlarımızın sayı da, kəsəri də daha artıq olsun. Necə alınacağını isə sabah görəcəyik”.

Sadıqov ilk oyunda futbolçularda həyəcan olmasının səbəbindən də söz açıb: “Mövsümün ilk oyunu idi. Fiziki, taktiki, texniki baxımdan futbolçularımdan çox razı qaldım. Mərhələ keçmək niyyətindəyiksə, sabah da meydanda daha yaxşı olmalıyıq”.

Zədə baxımından narahatedici məqamlar olduğunu bildirən “Zirə”nin çalışdırıcısı ilk görüşdəki yeganə qolun müəllifi Davit Volkovun çıxışına da toxunub: “Tiraspoldakı oyunda əvvəlcə hücumda Utziq yer almışdı, sonra Volkov onun mövqeyinə keçdi. Sevinirəm ki, Volkov bizimlədir. O vaxtı da getməsini istəmirdim. Sabah digərləri kimi, Volkovdan da daha yaxşını gözləyirəm”.

Rəşad Sadıqov sabahkı matçda anşlaq yaşanmasını istəyir: “Yetərincə azarkeşimiz var. Fikrimcə, say yox, keyfiyyət önəmlidir. Əsas məsələ azarkeşlərin səni necə dəstəkləməsidir. “Zirə” azarkeşləri həmişə yanımızdadırlar. İstərdik ki, sabah da tribunalar dolsun. Stadiona gəlməyənlər də televizor vasitəsilə bizi dəstəkləyəcək. Çalışaq, birlikdə mərhələni keçək”.

Son yazılar

To Top