“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan Azərbaycanın qadın həndbolçulardan ibarət milli komandası ilk görüşünə çıxıb.
Korner.az-ın məlumatına görə, rəqib Kamerun millisi olub.
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilmiş görüş həndbolçularımızın qələbəsi ilə yekunlaşıb – 28:26. İlk hissəni 18:14 hesabı ilə öndə bitirən millimiz sonadək üstünlüyünü əldən verməyib. Digər görüşdə Türkiyə Özbəkistanı məğlub edib – 37:21 (16:8).
Qeyd edək ki, mayın 10-da Azərbaycan millisi Özbəkistanla, mayın 11-də Türkiyə ilə üz-üzə gələcək. Mayın 13-də yarımfinal, mayın 14-də isə 3-cü yer uğrunda və final görüşləri keçiriləcək.
