Milli komandamızın futbolçusu Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” Türkiyə Futbol Federasiyası tərəfindən cəzalandırılıb.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, buna cəzaya səbəb ikinci “Orduspor”un futbolçusu Kurşat Duymuşla müqaviləni haqsız yerə ləğv etməsi səbəb olub.
Klub bu addımı atdığı üçün TFF tərəfindən 2 mövsüm heç bir oyunçunu kluba transfer edə bilməməklə cəzalandırıb.
Bu qərardan sonra Ordu təmsilçisi apellyasiya məhkəməsinə müraciət edəcəyini bildirib.
