Fransada keçirilən velosiped idmanının trek növü üzrə Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1-ci kateqoriyalı “Fenioux Piste International” turniri başa çatıb.
Korner.az-ın məlumatına görə, yığma komandamız yarışın 2-ci günündə növbəti qızıl medalın qazanıb. İlk yarış günündə keyrin növündə birinci olan komandamızın lideri Olqa İsmayılova 200 metr məsafəyə sprint yürüşündə də bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıxıb. Bununla da təmsilçimiz “Fenioux Piste International” turnirində 2-ci qızıl medalına yiyələnib. Digər idmançımız Nicat Niftəliyev isə həm omniumda, həm də sprintdə 9-cu nəticə ilə kifayətlənib.
