Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb.
Korner.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, o, UEFA Avropa Liqasının oyununda hakimlərin işinə qiymət verəcək.
Xudiyev E qrupunda noyabrın 28-də Dnepropetrovsk şəhərində keçiriləcək “Dnepr” (Ukrayna) – “Pandurii” (Rumıniya) oyununun hakim-inspektoru olacaq.
