Həmyerlilərimiz Arif İsayevlə Saşa Yunisoğlunun formasını geyindiyi “Dənizlispor” camiəsı növbəti qara xəbərlə sarsılıb.
Korner.az-ın məlumatına görə, mövsümə uğursuz başlayan, ilin sonunadək borclarını ödəməyəcəyi təqdirdə aşağı dəstəyə göndərilmək təhlükəsi ilə üzləşən I divizion təmsilçisinin vitse-prezidenti Mustafa Üstek güllələnib.
İş adamı olan Üstek ötən şənbə günorta saatlarında ofisinə gələn naməlum şəxsin silahlı hücumuna məruz qalıb. Ancaq xoşbəxtlikdə atılan güllələr vitse-prezidentin ayağına tuş gəlib. Təcili xəstəxanaya çatdırılan Üstekin həyati təhlükəsi olmadığı bildirilir. Onu güllələyən şəxs isə artıq könüllü şəkildə polisə təslim olub.
Hadisə ilə bağlı araşdırma aparılır.
