Arif İsayev və Saşa Yunusoğlunun da şərəfini qoruduğu Türkiyənin I-ci liqa təmsilçisi "Dənizlispor"un vitse-prezidenti Mustafa Üstek istefa verib.
Korner.az-ın məlumatına görə, klub rəsmisi istefa ərizəsini Dənizli bələdiyyəsinin sədri Osman Zolana təqdim edib.
Bir neçə gün əvvəl "Dənizlispor"a transfer olunan fransız yarımmüdafiəçi, hələ oyuna çıxmamasına baxmayaraq klubdan 40 min avro pul alıb. Sonradan isə mətbuata bildirilən məlumatlarda məşqçilər korpusunun onun komandaya cəlb olunmasını istəməyiblər.
