Uzun müddətdir adı gah "Fənərbağça" gah da "Qalatasaray" ilə hallanan Həmit Altıntopun nəhayət ki, yeni klubu məlum oldu.
Korner.az-ın məlumatına görə, Türkiyə millisinin üzvü bundan sonra "Cim-bom"un şərəfini qoruyacaq. O, "sarı-qırmızılar"dan illik 3.5 milyon, hər oyun başına isə 20 min avro qazanacaq.
