Azərbaycan kubokunun 1/8 final mərhələsində “Bakı” “Sumqayıt”ı qəbul edib və 2:1 hesablı qələbə qazanıb.
Korner.az oyundan sonra məşqçilərin fikirlərini sizə təqdim edir:
Aqil Məmmədov: “Çətin oyun oldu, komandadan narazi deyilem. Çünki “Neftçi” ilə oyundan qaynaqlanan yorğunluq hiss edilirdi. Həmin oyunda bütün güclərini sərf etmişdilər”.
Milinko Pantiç: “Çətin oyun olmasına baxmayaraq üstün tərəf biz idik. Oyunçularımdan razıyam, o zaman narazı olardım ki, hücum olmazdı, üstün oynamazlardı. Ən azından arxayınam ki, qışdan sonra da oynayacağıq. Birinci qol onların səhvi olsa da, ikinci qolu yenə də vurduq. Qələbə münasibətilə komandamı təbrik edirəm”.
