Bu gün Topaz Premyer liqasının XIII turu çərçivəsində "Qəbələ" "Kəpəz"in qonağı olub
Böyük hesabla qalib gələn (6:1) "Qəbələ"nin futbolçusu Filip Ozobiç oyun haqda fikirlərini bildirib:
– Özünü necə hiss edirsən?
– Hələ 100% hazır deyiləm. Zədədən sonra bu hələ ilk oyundu. Əsas odur ki, artıq ağrılarım yoxdur.
– Öz optimal formanı nə zaman bərpa edəcəksən?
– Düşünürəm ki, qış təlim-məşq toplanışından sonra formamı bərpa edə biləcəm. Hazırda bacardığım qədər komandama kömək edəcəm. Hazırda yaxşı formada olan futbolçularıız var. Qarşıdakı Kubok və qış fasiləsinədək çempionatda “Keşlə”ylə son oyunumuz qalır.
– Səncə, qış fasiləsində öz optimal formanı bərpa etmək üçün kifayt qədər oyun sayı olacaq?
– Fikrimcə, bəs edəcək. Özümə güvənli olacam və oynamağa hazır olacam.
– "Qəbələ" "Qarabağ"dan geri qalır. Onlara çatmaq mümkün olacaqmı?
– Hələ sona 15 tur qalıb. Çox xal qazana bilərik. "Qarabağ"a çatmaq mümkün olacaq. Hər şey ola bilər.
– Xorvatiya mətbuatında Azərbaycan vətəndaşlığı almağı və millimizdə oynamaq istədiyini bildirmisən…
– Xorvatiyalı həmkarlarınız məsələni bir qədər şişirdiblər. Sadəcə, bildirmişəm ki, digər ölkənin vətəndaşlığını qəbul etmək üçün ən azı 5 il həmin çempionatda çıxış etməlisən və hələ ki, bu barədə düşünməyin olduqca tez olduğunu dilə gətirmişəm.
– 5 il Azərbaycanda oynayıb, sonra isə millimizin şərəfini qorumaq istəyərdin?
– Azərbaycandan məmnunam. “Qəbələ”dəki şərait də məni qane edir. Klub rəhbərliyi ilə yayda başa çatacaq müqavilə müddətinin uzadılması ətrafında müəyyən danışıqlarımız olub. Bundan artığını demək hələ ki, tezdi.
