“Barselona” klubunun həkimləri yeni transfer Neymara xəbərdarlıq edib.
Korner.az-ın məlumatına görə, həkim Riçard Pruna braziliyalı futbolçunun ideal fiziki vəziyyətinə qovuşmaq üçün 1-2 kilo kökəlməli olduğunu bildirib: “Neymarın çəkisi hazırda 64.5 kilodur və daha da arıqlamağa meyillidir. Mövsüm başlayanadək ən azı 1-2 kilo kökəlməlidir”.