Portuqaliya millisinin keçmiş həkimi Nunu Kampuş "Real"ın (Madrid) şərəfini qoruyan həmyerlisi Kriştiano Ronaldo ilə bağlı şok açıqlama verib.
Korner.az-ın məlumatına görə, o, hücumçunun tam sağalmadan meydana çıxacağı təqdirdə Avro-2016-dan kənarda qala biləcəyini deyib.
"Əgər diaqnoz ombanın yuxarı nahiyəsinin mikroyırtığıdırsa, bərpa üçün 18-21 günlük bərpa dövrü keçilməlidir. Belə zədələrin müalicəsi 12-14 gün davam edir və ardınca 5 gün əzələlərin bərpası dövrü gəlir. Yox, əgər dartılmadırsa, müalicəsi daha az müddətdə yekunlaşar. Bu halda Ronaldo "Mançester Siti"yə qarşı oynaya bilər. Mikroyırtıqdırsa, meydana vaaxtından əvvəl çıxmamalıdır. Bu halda o, Avro-2016-da çıxış etmək şansını riskə atmış olar", – deyə Kampuş bildirib.
