Topaz Premyer Liqanın 7-ci turunda baş tutan AZAL – “Xəzər Lənkəran” oyununun (1:3) idarəçiliyindən meydan sahib olan komanda narazı qalıb.
Korner.az-ın məlumatına görə, klub baş hakim Vüsal Əliyevin aşağıdakı 6 epizodda səhv qərar çıxardığı qənaətindədi.
1-ci epizod – 26-cı dəqiqə. “Xəzər Lənkəran”ın futbolçusu Elnur Abdullayev kobud oynasa da, ona sarı vərəqə verilmir
2-ci epizod – 44-cü dəqiqə. “Xəzər Lənkəran”ın futbolçusu Zohair Benouahi və Rahid Əmirquliyev AZAL-ın futbolçusu Vladimir Boqdanoviçə qarşı kobud oynayırlar.
3-cü epizod – 45+1-ci dəqiqə. AZAL-ın futbolçusu Cavid Tağıyev “Xəzər Lənkəran”ın futbolçusu Tural Cəlilov tərəfindən əllə saxlanılır. Amma hakim buna reaksiya vermir. Hücumun davamında isə AZAL PFK-nın futbolçusu Oskars Klavaya sonuncu ümid foluna görə qırmızı vərəqə verilir.
4-cü epizod. 68-ci dəqiqə. Oyundankənar vəziyyət olsa da, hakim AZAL PFK-nın qapısına vurulan qolu qeydə alır.
5-ci epizod. 29 və 41-ci dəqiqələrdə “Xəzər-Lənkəran”ın oyunçusu Junior Franko Nildo qaydaları pozsa da, ona hər iki epizodda sarı vərəqə verilmir.
6-cı epizod. 89-cü dəqiqədı “Xəzər-Lənkəran”ın oyunçusu Elnur Abdullayevə sarı vərəqə verilir. Halbuki 26-cı dəqiqədə ona sarı verilməliydi və son epizoda görə o meydançadan qovula bilərdi.