Həftənin ən yaxşısı seçildi
08.11.2019 , 18:49

UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turunun ən yaxşı oyunçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, “Real”ın futbolçusu Rodriqodu.
Braziliyalı hücumçu komandasının “Qalatasaray”ı 6:0 hesabıyla məğlub etdiyi oyunda 3 qol vurub.
