Həftənin ən yaxşısı seçildi
11.04.2025 , 19:54

Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarının ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, “Arsenal”ın yarımmüdafiəçisi Deklan Raysdır.
O, rəqibləri arasından PSJ-dən Xviça Kvaratsxeliyanı, “Barselona”dan Robert Levandovskini, “İnter”dən isə müdafiəçi Alessandro Bastonini qabaqlayıb.
