Həftənin ən yaxşısı oldu – ÇL-də
11.12.2020 , 18:48

Çempionlar Liqasında qrup mərhələsinin 6-cı turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Korner.az xəbər verir ki, bu PSJ-nin hücumçusu Neymardır.
O, azarkeşlər arasında keçirilən səsvermədə “Real”dan Kərim Benzema, “Şaxtyor”dan Anatoli Trubin və “Sevilya”dan Yussef En Nesirini qabaqlayıb.
28 yaşlı forvard Parisdə Türkiyənin “Başakşəhər” komandasını 5:1 hesabı ilə məğlub etdikləri matçda het-trik edib.
