Həftənin ən yaxşısı o seçildi
13.03.2025 , 21:32

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, PSJ-nin qapıçısı Canluici Donnarummadır.
O, səsvermədə namizədlər arasından “Bavariya”dan Harri Keyni, “Aston Villa”dan Marko Asensionu, Dortmund “Borussiya”sından isə Emre Canı qabaqlayıb.
