Həftənin ən yaxşısı o seçildi
23.01.2025 , 21:39

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusunun adı müəyyənləşib.
Korner.az xəbər verir ki, bu, “Atletiko”nun hücumçusu Xulian Alvaresdir.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Argentinalı futbolçu azarkeşlər arasında keçirilən səsvermədə “Real”dan Vinisius Junioru, “Barselona”dan Rafinyanı, PSV-dən isə Luk de Yonqu qabaqlayıb.
