Həftənin ən yaxşısı kimdir?
03.11.2022 , 12:54

Çempionlar Liqasında qrup mərhələsinin V turundan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, bunlar “Barselona”dan Ferran Torres, “Milan”dan Olivye Jiru, “Leypsiq”dən Kristofer Nkunku və “Real”dan Federiko Valverdedir.
Qalib UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.
